Sessiyanı gözləməyə ehtiyac yoxdu

Sessiyanı gözləməyə ehtiyac yoxdu

Suriyada yaşayan ermənilərin Dağlıq Qarabağ köçürülməsinə öz etirazımızı bildiririk. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova söyləyib.

Onun sözlərinə görə, dünyanın istənilən regionundan Suriyadan qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə etnik ermənilərin köçürülməsi bütün beynəlxalq hüququn prinsiplərinə və müharibə qanunlarına ziddir: "Bu gün erməni tərəfinin açıq şəkildə bunu bəyan etməsi heç bir beynəlxalq hüququn prinsiplərini, qarşılıqlı qayda-qanunları vecinə almadığını göstərir. Hesab edirəm ki, biz bu məsələdə də dünya ictimaiyyətinin qınağını ermənilərə qarşı yönəltməyi bacarmalıyıq və bu məsələni mətbuatın diqqətindən düşməyə imkan verməməliyik. Biz ATƏT PA-da bu məsələni qaldıracayıq. Sessiyanı gözləməyə də ehtiyac yoxdur, çünki bizim onlarla müntəzəm əlaqələrimiz var".

Bütün xəbərlər Facebook səhifəmizdə