Terrorla mübarizədə Türkiyəni dəstəkləyirik. Bu bəyanat Türkdilli Ölkələrin zirvə toplantısında iştirak edən xarici işlər nazirləri tərəfindən verilib. SİA-nın verdiyi məlumata görə, Türkdilli Ölkələrinikinci zirvə toplantısı bu gün Qırğızstanın paytaxtı Bişkek şəhərində başlayıb.
Qırğıztanın xarici işlər naziri Ruslan Kazabayev Türkiyənin Gaziantep şəhərində baş verən terror aktına münasibət bildirib. Qırğızstan xarici siyasət idarəsinin başçısı qeyd edib ki, dövləti bundan sonra Tükiyəyə terrorla mübarizədə istənilən dəstəyi verməyə hazırdır. Bununla yanaşı Qazaxıstanın xarici işlər naziri Ərcan Qazixanov və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Türkiyənin terrorla mübarizə siyasətini dəstəklədiklərini bildirib.
Bundan başqa diplomatlar bu sahədə Türkiyəyə yardım etməyə hazır olduqlarını bildiriblər. Qeyd edək ki, Türk Dilli Dövlətlərin 2 zirvə toplatısında ölkələrarasında mədəniyyət, təhsil, elm sahələrindədə əməkdaşlığı gücləndirməsinə dair müzakirələr aparcaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB