PKK-BDP görüşü Türkiyəni bir-birinə vurdu VİDEO

PKK-BDP görüşü Türkiyəni bir-birinə vurdu VİDEO

Şəmdinlidə BDP-li millət vəkilləri ilə PKK partizanlarının görüşüb, qucaqlaşması Türkiyəni bir-birinə vurub. SİA-nın verdiyi məlumata görə, Türkiyənin cənub-şərqində PKK terrorçuları ilə əsl müharibə aparan Türk Ordusunun itkilərinə və ağır müharibə şəraitinə rəğmən TBMM-də fraksiya kimi fəaliyyət göstərən BDP-lilərin terrorçularla belə görüşü məsələyə fərqli tərəfdən yanaşmağı təklif edir.

Məsələ bundadır ki, Türkiyənin siyasi dairələrində PKK məsələsinə heç də eyni prizmadan yanaşmırlar. Hakim AKP partiyası özünü həm barışdırıcı, həm də terrorçularla mübarizə aparan iqtidar kimi göstərməyə çalışır, müxalifət daha çox müharibə tərəfdarı kimi çıxış edir, PKK tərəfdarı olan, daha doğrusu PKK-nın TBMM-də siyasi qanadı olan BDP isə terrorçuların tərəfdarı, sözçüsü kimi özünü təqdim edir. Belə olan halda terrorçularla mübarizə aparmaq hansı effekti verər?

Şəmdinlidə BDP-li deputatlarla PKK liderlərinin türklər demişkən sıcaq görüşü bu xəmirin hələ çox su aparacağından xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə