Artıq Suriyadan köçən ermənilərin Qarabağda yerləşdirilməsi ilə bağlı məlumatlar davamlı xarakter alıb. Belə ki, Ermənistan hakimiyyəti də Suriyadan köçən ermənilərin Qarabağda yerləşdiriliməsində maraqlıdır və bununla da orada sönmüş həyatı canlandırmağı düşünürlər. Lakin bütün bu iddialara baxmayaraq, bir sıra siyasi ekspertlər hesab edirlər ki, Suriya erməniləri Qarabağda yerləşəndən müəyyən müddət sonra Ermənistan hakimiyyəti üçün ciddi problemlər yaradacaqlar. Belə ki, hazırda Ermənistanda Qarabağ klanını təmsil edən ermənilər hakimiyyətdədir. Onlar ölkənin müxtəlif gəlirli sahələrini əllərində cəmləyiblər və bundan Ermənistanın milli maraqları üçün deyil, öz şəxsi ambisiyları üçün istifadə edirlər. Ekspertlər belə bir nəticəyə gəliblər ki, onlar hakimiyyətdə qalmaları üçün Ermənistanın milli maraqlarını satmağa hazırdırlar və dəfələrlə belə addımlar atıblar ki, bunlardan biri də Ermənistanın Rusiyanın forpostuna çevrilməsidir: \"Məhz bu amillər də erməni diasporunun ciddi narazılığına səbəb olub. Erməni diasporu Ermənistan hakimiyyətini milli maraqları satdığı üçün dəfələrlə qınayıb. Sarkisyan iqtidarı hakimiyyətdə qalmaq üçün Qarabağ kartından da məharətlə istifadə edir.
Daha bir nəticəyə görə, Suriya erməniləri Qarabağda yerləşəndən və möhkəmlənəndən sonra indiki erməni hakimiyyəti artıq əvvəlki kimi əl-qol aça bilməyəcək və Qarabağ kartından sui-istifadəsi məhdudlaşacaq. Hətta bildirilir ki, yuxarıda sadalanan və digər faktorlar səbəbi ilə onların indiki dayaqları sarsılacaq və hakimiyyətdən getmələri sürətlənəcək.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB