Mətbuatda İctimai Palatanın "Çanaq Qala" restoranında iftar süfrəsi açması barəsində məlumat dərc olunub. Bu haqda "Teleqraf" qəzetinin müxbirinə həmin tədbirə dəvət olunan siyasətçilərdən biri məlumat verib.
Əldə ediən məlumata görə, tədbirdə İctimai Palatanın Koordinasiya Şurasının üzvləri tam tərkibdə iştirak edib. Həmçinin Palata özünə yaxın hesab etdiyi bəzi dindarları, eləcə də, jurnalistləri tədbirə dəvət edib.
Araşdırmalar göstərib ki, İctimai Palatanın rəhbərliyi iftar süfrəsinə yalnız ADP sədri Sərdar Cəlaloğlunu və Ümid Partiyasının sədri İqbal Ağazadəni dəvət edib. Eləcə də, AMİP sədri Yusif Bağırzadə və KXCP sədri Mirmahmud Mirəlioğluna təklif göndəriləcəyi razılaşdırılıb.
Əldə etdiyimiz digər məlumata görə, başqa siyasi partiya sədrləri bu toplantıya dəvət edilməyib.
ALP sədri Əvəz Temirxan deyib ki, ona siyasi çevrələrdən iftarla bağlı hər hansı dəvət gəlməyib: "Ola bilsin dəvət edəcəklər, ancaq bu saat üçün dəvət almamışam. Kimin iftar verməsindən də xəbərsizəm".
VİP sədri Əli Əliyev də siyasi şəxslər tərəfindən iftar süfrəsinə dəvət edilmədiyini deyib.
Yeri gəlmişkən, İctimai Palata Açıq Cəmiyyət Partiyasını da verdiyi iftar süfrəsində görmək istəməyib. ACP sədri Sülhəddin Əkbər bu suala cavab olaraq deyib ki, onlara bu barədə təklif daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB