Erməni hiyləsinin növbəti qurbanı-Ukrayna!

Erməni hiyləsinin növbəti qurbanı-Ukrayna!

"Ukraynadan silah almaq Ermənistanın ara qarışdırma variantıdır. Bununla Ermənistan Azərbaycana zərbə vurmaq istəyir". SİA-nın verdiyi xəbərə görə, bunu Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiya Ermənistanın silah bazasıdır. İşğalçı ölkə Ukraynadan öz ehtiyacını ödəmək üçün deyil, sadəcə Ukrayna ilə Azərbaycan müttəfiqliyinə zərbə vurmaq üçün bu addımı atıb. Ukrayna isə Ermənistanın bu hiyləgər planından xəbərsiz olduğu üçün silah satışına razılıq verib.

Bütün xəbərlər Facebook səhifəmizdə