Bahar Muradova: "Minsk qrupu imkanlarından tam istifadə etmir" MÜNASİBƏT

Bahar Muradova: "Minsk qrupu imkanlarından tam istifadə etmir" MÜNASİBƏT

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun əlində böyük imkanlar var. Amma təəssüf ki, onlar bu imkanlardan tam istifadə etmirlər. Bu sözləri Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, son vaxtlar Minsk qrupunun həmsədrləri münaqişənin həllindən daha çox, münaqişənin yenidən alovlanmasına yol verilməməsini vacib amil kimi ortaya qoyurlar. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaranmış fəallıq da həmsədr dövlətlər arasında qısqanclıq yaratmamalıdır. Bu fəallıq müsbət nəticəyə hesablanmış proses olmalıdır. Məlumdur ki, Azərbaycanın artan iqtisadi və hərbi gücü ermənilərlə yanaşı, onları dəstəkləyən dairələri də ciddi narahat edir.

Bütün xəbərlər Facebook səhifəmizdə