Azərbaycan prezidenti İlham Əliyev avqustun 14-də Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən birgə layihələrin önəmini qeyd edib.
Z. Çağlayan öz növbəsində ikitərəfli əlaqələrin daha da genişləndirilməsində dövlət və hökumət başçılarının verdiyi tövsiyələrin əhəmiyyətini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB