Ermənistanda Qarabağ klanı ilə yerli klanlar arasında ciddi savaş başlayıb. Fikir ayrılıqları Ermənistandakı vəziyyəti daha da qəlizləşdirib. Siyasi elmlər doktoru Elman Nəsirli SİA-ya verdiyi açıqlamasında bu və digər məsələlərlə bağlı münasibət bildirib:
- Bildiyiniz kimi, keçmiş prezident Levon Ter-Petrosyandan sonra faktiki olaraq, hakimiyyətdə Qarabağ klanı ölkəyə başçılıq etməyə başlayıb. 1990-cı ildən etibarən Robert Koçaryan və Serj Sarksiyan Qarabağ əsilli ermənilər olaraq hakimiyyət daxilində qruplaşma yaradıblar. Məhz buna görə də, bu gün Ermənistanda olan qüvvələr belə hesab edirlər ki, hakimiyyətin bütün strukturlarını Dağlıq Qarabağdan gələn ermənilər zəbt edib. Elə bu səbəbdən də, 2008-ci ildə keçirilən prezident seçkilərini faktiki olaraq Ermənistan xalqı tanımayıb. Nəticədə Dağlıq Qarabağ klanının yetirməsi olan Serj Sarksyan və onun rejimi zor gücü ilə hakimiyyəti zəbt etmiş oldu. Ona görə də, bu gün Ermənistandan olan qüvvələr və Dağlıq Qarabağdan gəlmiş və hakimiyyəti ələ keçirmiş qüvvələr arasında çox ciddi fikir ayrılığı yaranıb. Bu fikir ayrılığı elə bir ciddi şəkildə müəyyən problemlərin və fikir ayrılıqların yaranmasına gətirib çıxarıb. Belə fikir yaranıb ki, əgər nə zamansa Ermənistanda vətəndaş müharibəsi baş verərsə müharibəsinin bir tərəfində Erməntistanda doğulmuş insanlar, digər tərəfində isə Azərbaycan ərazisi olan Dağlıq Qarabağda doğulmuş ermənilər dayanacaq.
- Elman müəllim, bəzi məlumatlara görə, Qarabağın erməni icması Azərbaycan icması ilə müəyyən razılıqlara gəlmək fikrindədir. Sizcə, Qarabağ erməni icması Azərbaycan icmasının gücündən istifadə etməklə yerli klanlara qarşı öz güclərini nümayiş etdirmək fikrində olacaqlarmı?
- Qeyd edim ki, bu məsələdə Azərbaycan dövlətinin mövqeyi bəllidir. Münaqişənin iki tərəfi var - işğalçı Ermənistan tərəfi və işğala məruz qalmış Azərbaycan tərəfi. Ancaq Dağlıq Qarabağda yaşayan ermənilər tərəf deyillər. Onlar Azərbaycan vətəndaşlarıdır, lakin separatçıdılar. O ki qaldı icmalararası danışıqlar məsələsinə, Ermənistan tərəfi danışıqlar prosesində Dağlıq Qarabağdakı erməni icmasını bir tərəf kimi sırımaq istəyirlər. Amma Azərbaycan dövləti bunun qəti əleyhinədir və hesab edir ki, danışıqlar prosesinə üçüncü tərəf kimi Dağlıq Qarağdakı erməni icması qatılarsa, birbaşa Dağlıq Qarabağın Azərbaycan icması da danışıqlarda tərəfi kimi çıxış etməlidir. Buna bir çox hallarda xalq diplomatiyası da deyilir. Doğrudur, Azərbaycan tərəfi münaqişənin dinc yolla həll olunması üçün erməni və Azərbaycan icmalarının əlaqələr qurmasını dəstəkləyib. Lakin Ermənistan bu təklifin tərəfdarı olmadığını dəfələrlə bildirib və nəticədə fikir ayrılığı icmalar arasında danışıqların baş tutmamasına səbəb olub.
Təəssüf ki, Ermənistan dövləti münaqişənin həlli ilə bağlı bu prosesə növbəti zərbəni də vurmağa hazırlaşır. Belə ki, Suriyadan qaçqın olan ermənilərin Azərbaycanın işğla olunmuş Datlıq Qarabağ ərazisində yerləşdirilməsi planıdır. Artıq Ermənistan hökuməti bununla bağlı qapalı müzakirələr də keçirib. Bu isə heç bir halda münaqişənin dinc yolla həllinə müsbət təsirini göstərəməyəcək. Bu ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən qəbul edilməyən qeyri-qanuni məskunlaşma prosesidir. Eyni zamanda, bununla bağlı faktaraşdırıcı missiya və Avropa Parlamenti bu məsələyə münasibət bildirərək belə məskunlaşmanın yolverilməz olduğunu vurğulayıb. Əgər Ermənistan belə bir plan həyata keçirərsə, bu zaman Dağlıq Qarabağ münaqişənsinin dinc yolla həlli mümkün olmayacaq. Həmçinin, onu da qeyd edim ki, Ermənistan dövlətinin atdığı bu qeyri-qanuni məskunlaşma prosesi ölkə əhalisi tərəfindən də böyük narazılıqla qarşılanır. Beləliklə, təcavüzkar ölkə getdikcə böhran içərisində boğulur və özünün reabilitasiya imkanlarını itirir. Ölkədə yaranmış iqtisadi-siyasi problemlər, iqtisdi tənəzzül, əhalinin dilənçi şəraitdə yaşaması Ermənistanı tərk edənlərin getdikcə artmasına gətirib çxarıb. Bu gün Ermənistan ağır bir vəziyyətdə yaşadığı bir vəziyyətdə çox ağılsız və düşünülməmiş "məskunlaşma siyasəti" aparır və sözsüz ki, bu uğurla başa yetməyəcək. Çünki Suriya ermənilərin əksəriyyəti ticarətlə məşğul olan insanlardır. Bu insanlar ermənilərin dağıtdığı və konstruktivi olmayan ölkədə məskunlaşa bilməzlər. Ona görə də, Suriyadan olan qaçqınlar Avropa ölkələrində məskunlaşmağı daha üstün tutarlar. Beləliklə, bütünlüklə baş verən proseslər bir daha onu göstərir ki, Ermənistan prezidenti Serj Sarksiyan nə qədər hiyləgərliklə qeyri-qanuni siyasətə əl atsa da, son anda o, özünə quyu qazmış olur".
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB