"Rusiya Ermənistanı süni nəfəs aparatına qoşsa da Ermənistan dirilməyəcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə politoloq, siyasi şərhçi Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafında baş verən hadisələr Ermənistanın vəziyyətini daha da gərginləşdirir: "Ermənistan tərəfi açıq-aydın dərk edir ki, Dağlıq Qarabağ ərazisini itirə bilər, ona görə də yeni üsullara əl atır. Belə ki, Ermənistan dövləti artıq dünya ermənilərinin katalikosu II Qarageni DQ məsələsinin həllinə yardımçı olmaq üçün irəli atıb. Katalikos Qaragen rəsmi İrəvanın göstərişi ilə Ermənistana səfər edən bütün nümayəndə heyətləri ilə görüşür və din qardaşlığı yolu ilə Dağlıq Qarabağı əldə saxlamağa çalışır. Lakin Ermənistan tərəfi bilir ki, bütün bu cəhdləri nəticəsiz qalacaq və Azərbaycanın qarşısında davam gətirə bilməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB