Ordumuzun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyenberyan rayonunun Voskevan kəndlərində, işğal olunmuş Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çaylı, Qızıloba, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...