Bakı tək nefti ilə məşhur deyil

Bakı tək nefti ilə məşhur deyil

Azərbaycan haqqında dünya mətbuatında yenə də yazılar dərc olunmaqdadır. SİA-nın məlumatına görə, Britaniyada nəşr olunan \"The Lawyer\" jurnalında Azərbaycan və Bakı haqqında maraqlı məqalə dərc edilib.


Azərbaycanın neftlə zəngin ölkə olduğunu vurğulayan məqalənin müəllifi Deniel Metyus qeyd edir ki, bu ilin may ayında Bakıda keçirilən \"Eurovision-2012\" mahnı müsabiqəsi Azərbaycanın nüfuzunun artmasına kömək edib və dünyaya göstərib ki, Bakını məşhurlaşdıran təkcə neft deyil: \"Hətta indiyə qədər bu ölkənin xəritədə yerini də bilməyən adamlar \"Eurovision-2012\" mahnı müsabiqəsi sayəsində indi Azərbaycan haqqında çox şey bilirlər. Müsabiqə ölkənin imicini artırıb və onun böyük turizm potensialına malik olduğunu göstərib. Hazırda Azərbaycan hökuməti bu potensialı inkişaf etdirmək istiqamətində iş aparır\".


Məqalənin sonunda müəllif Azərbaycan haqqında indiyə qədər avropalı oxuculara məlum olmayan faktları sadalayır. Bu sırada Neft Daşları, Yanardağ, armudu stəkan və başqaları haqqında məlumat verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə