Azərbaycan paytaxtının əsas nəqliyyat xətlərindən biri olan Neftçilər prospektində aparılan təmir-tikinti işləri bundan sonra ən az 2 ay davam edəcək. SİA-nın məlumatına görə, iyulun 14-dən prospektin mərkəzi hissəsində - "Azneft" dairəsi ilə Azadlıq meydanınadək Neftçilər prospekti boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə başlanıb. Bununla əlaqədar Neftçilər prospektində nəqliyyatın hərəkətinə qeyri-müəyyən vaxtadək məhdudiyyət qoyulub və prospektə çıxışı olan bütün yollar bağlanıb.
Təmir işləri ilə yanaşı, prospekt boyunca kommunikasiya, rabitə, su və kanalizasiya xətləri də dəyişdirilir, yeni xətlər çəkilir və mövcud xətlərin yerləri dəyişdirilir. Artıq bəzi qurumlar işlərin yaxın günlərdə başa çatacağını bildirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB