Sərdar Cəlaloğlu: \"İctimai Palataya təzə gələnlərə \"belıy vorona\" kimi baxırlar\" - MÜNASİBƏT
Sağlam Azərbaycan cəmiyyətinin mövcud olması üçün iqtidar və müxalifət birgə fəaliyyət göstərməlidir. Bunu SİA-a müsahibəsində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
- Sərdar bəy son günlər müxalifət düşərgəsində liderlər arasında konflikt geniş hal alıb. Bu sizcə, seçki öncəsi siyasi proseslərlə bağlıdırdırmı?
- Mən belə düşünürəm ki, müxalifət axtarışlar mərhələsindədir. Hər kəs soyuq beyinlə düşünüb düzgün qiymətləndiriləcək. Bu səbəbdən burada qeyri-adi heç bir şey yoxdur. Bundan qabaqki təcrübələrimizdə göstərib ki, ümumiyyətlə, seçkilərdən qabaq ağıla gəlməyən hadisələr baş verirsə, seçkilərdə hər şey öz qaydasına düşür. Belə hesab edirəm ki, siyasətdəki anlaşılmazlığı aradan qaldırmaq üçün mətbuatın təsiri də olmalıdır. Mən belə hesab edirəm ki, Yaxın Şərq regionunda baş verən hadisələr də proseslərin axarını dəyişəcək.
- Əvvəlki təcrübələr də göstərdi ki, müxalifət ayrı-ayrı namizədlərlə seçkilərdə heç bir uğur əldə edə bilmir. Gələn il keçiriləcək seçkilərdə müxalifət vahid namizədləmi qələbə çalmağı düşünür?
- Müxalifətin birliyi qələbə üçün deyil. Bu birlik cəmiyyətin mövcudluğu üçündür. Tutaq ki, biz hakimiyyətlə heç bir məsələdə birlik yarada bilmədik. Heç olmasa müxalifətin özü milli, ümumi məsələlərdə birlik yaratmalıdır. Hazırda siyasi proseslər elədir ki, bu cəmiyyətin parçalanmasına gətirib çıxarır. Biz elə bir münasibətlər sistemi qurmalıyıq ki, iqtidar və müxalifət qolları cəmiyyətin əsasını möhkəmləndirsin. Yəni cəmiyyət parçalanmasın, vahid güc olsun.
- Bu gün müxalifət düşərgəsində siyasi blok olaraq yalnız \"İctimai Palata\" adlı qurum mövcuddur. Sizcə, ictimai palatanın fəaliyyəti qənaətbəxşdirmi, yoxsa yeni bir bloka ehtiyac var? Bəs, siz özünüz bu blokda təmsil olunmaq istəyirsinizmi?
- Ayrı-ayrı blokları vahid koalisiya kimi göstərmək düzgün deyil. Bütün partiyalar ibarət bir siyasi mərkəz yaradılmalıdır. Hər bir blok öz maraqlarını gündəmə gətirsə, bunun fəaliyyəti baş tutmayacaq. İctimai palataya gəldikdə isə burada tərəflərin maraqları formalaşıb. Buraya sonradan gələnləri isə qəbul etmək istəmirlər. Bunların hamısını nəzərə alıb prezident seçkiləri ilə bağlı yeni idea ortaya atmaq lazımdır. İP mərkəz kimi fəaliyyət göstərəndə isə ədalət prinsipi pozulacaq. Çünki orada olan hər bir fərd və siyasi güc artıq öz strategiyasını müəyyənləşdirib. Təzə gələnləri isə orada "Belıy Vorona" (ağ qarğa) kimi qəbul edirlər.
Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB