Şabran rayonuna 7,5 milyon manat vəsait ayrıldı

Şabran rayonuna 7,5 milyon manat vəsait ayrıldı

Azərbaycan Prezidenti rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb


Prezident İlham Əliyev Şabran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,5 milyon manatı Şabran Rayon İcra Hakimiyyətinə ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə