Artıq Trabzon limanı Ermənistana və Ermənistandan yüklərin daşınması üçün istifadə olunur. SİA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının "Erməni-Türk Əlaqələrinin İnkişafına Yardım" Proqramının direktoru Artur Kazaryan açıqlama verib. O qeyd edib ki, Trabzon limanından istifadə artıq reallıqdır. Çünki ötən il Ermənistanın iki yük maşını Türkiyə ərazilərindən tranzit kimi istifadə praktikası qazanıb. Ona görə də bu praktikanı davam etdirmək mümkündür.
"Bu gün Türkiyə öz ərazisindən TİR (Transport International Rout) avtomobilləri ilə Ermənistan yüklərinin daşınması kvotasını müəyyənləşdirib. Burada isə bir problemimiz var. Türkiyə qanunlarına görə, bu ölkənin ərazisindən tranzit kimi istifadə edərək hərəkət edən erməni yük maşınlarının sürücüləri əmək vizasına malik olmadıqlarına görə, onların sərhədi keçmələri mümkün deyil. Səfirliyin olmaması isə bu işi bir az da çətinləşdirir. Ötən 2 ildə bu problemi Ukrayna səfirliyi vasitəsilə həll edirdik", - Kazaryan deyib. Erməni işbaz bunun da həlli yollarını tapdıqlarını bildirib.
Məlum olub ki, Ermənistanı bu dəfə də problemdən Türkiyənin Gürcüstandakı səfirliyi azad edib. Bundan sonra sürücülərə əmək vizasını Türkiyənin Gürcüstandakı səfirliyi verəcək.
Bunun əvəzində isə Ermənistan Türkiyəyə məxsus 200 yük maşınının öz ərazisindən tranzit kimi istifadə etməyə icazə verəcək. Həm də rüsumsuz.
"Baxmayaraq ki, əvvəllər Türkiyə TİR-ları bunun üçün rüsum ödəyirdilər, bundan sonra heç bir vəsait ödəmədən Ermənistan ərazilərindən keçib gedə biləcəklər", - bunu da Kazaryan deyib.
Maraqlıdır, əgər hesab etsək ki, Türkiyə Ermənistanla bütün növ əlaqələri Dağlıq Qarabağın işğalına görə dayandırıb, onda bu əlaqələrə nə ad vermək olar? İkincisi, görəsən "əlaqə" sözü türkcəyə, həm də ermənicəyə necə tərcümə olunur? Kazaryanın dediklərinə inansaq hər iki ölkənin ərazilərindən iki ildən çoxdur ki, tranzit ölkə kimi istifadə olunur. Onda bu türklərin bizimlə "protokol qardaşlığına" nə ad vermək olar?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB