Bu məntiqsiz cümləni İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst qoşub
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst də Azərbaycan vətəndaşlarının İranda saxlanmasından danışıb. "İhlas" xəbər agentliyinin suallarını cavablandıran Mehmanpərəst Azərbaycanla münasibətlərin yaxşı olduğunu, sadəcə bəzi ölkələrin bölgədə bu münasibətlərini korlamaq istədiklərini bildirib.
R. Mehmanpərəst bildirib ki, Azərbaycan vətəndaşları, eləcə də digər vətəndaşlarla baş verənlər hüquqi cərçivədə baş verib: "Biz fikirləşirik ki, bu problemlər beynəlxalq qanunlara müfaviq həll edilməlidir. Bizim ölkənin təhlükəsizlik məsələlərinə gəldikdə isə, biz imkan verməməliyik ki, başqa ölkələr bizim məsələlərə müdaxilə etsinlər. Əgər İran və Azərbaycan vətəndaşları arasında insident baş verərsə, müvafiq orqanlar tərəfindən onlar saxlanıla bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB