Ölkədə kəskin istilər başlayır

Ölkədə kəskin istilər başlayır

İyulun 24-25-də Abşeron yarımadasında zəif küləkli və bəzi saatlarda havada yaranan durğunluqla yanaşı, güclü isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin SİA-ya verdiyi məlumata görə, gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

İyunun 24-də Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti hökm sürəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 23-27, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir. Bundan başqa Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.



Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə