Milli Mətbuatın 137 illiyi münasibətilə bölgə jurnalistləri bir araya gəldi
Milli mətbuatın 137 illiyi münasibətilə Bərdə rayon İcra Hakimiyyətində də tədbir keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək, mətbuat işçilərini təbrik edib. "Mətbuat bütün dünyada IV hakimiyyət kimi qələmə verilir. Bu isə təsadüfi deyil. Çünki mətbuat cəmiyyətin güzgüsüdür". Vidadi İsayev vəzifəsindən sui-istifadə edən bəzi mətbuat işçilərindən də danışıb, onları qınayıb.
Daha sonra jurnalistlər çıxış edərək, Milli Mətbuatın yaranmasının 137 illiyi münasibət ilə bütün mətbuat nümayəndələrini təbrik ediblər. Tədbirin sonunda bir sıra mətbuat orqanlarının nümayəndələrinə icra başcısı tərəfindən hədiyyələr təqdim edilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB