Rusiya XİN: "Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır"

Rusiya XİN: "Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır"

Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç mətbuat konfransında deyib. Bu barədə "Rossiya-24" telekanalı xəbər verib.


"Biz dünyanın başqa dövlətləri kimi, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq və bu "seçkilər"in Dağlıq Qarabağ ətrafında sülh prosesinin gələcək gedişini müəyyən edəcəyini hesab etmirik", - Lukaşeviç bildirib.


Onun sözlərinə görə, Rusiya ardıcıl olaraq münaqişənin BMT-nin Nizamnaməsində irəli sürülən ərazi bütövlüyü prinsipləri əsasında və Azərbaycan və Ermənistan prezidentlərinin 2009-2012-ci illər ərzindəki bəyanatlarında ifadə edilmiş müddəalar əsasında münaqişə tərəfləri ilə işləməyə davam edəcəyik.


İyulun 19-da müstəqilliyi dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçı Dağlıq Qarabağda "prezident seçkiləri" keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə