Vitali Çurkin: “Mən böyük Rusiya adından yalnız böyüklərlə danışıram” - QALMAQAL

Vitali Çurkin: “Mən böyük Rusiya adından yalnız böyüklərlə danışıram” - QALMAQAL

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Qətər təmsilçisinə "ölçün qədər danış" deyə hədə-qorxu gəldi


Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (TŞ) qalmaqal yaşanıb. Suriya məsələsi müzakirə olunan zaman iclasa səsvermə hüququ olmadan qatılan Qətər təmsilçisi Hamad bin Casim Rusiyanı ittiham edib, rəsmi Moskvanı veto qoymaqda və vəziyyəti gərginləşdirməkdə suçlayıb. SİA-nın Fransanın Kanal-2 televiziyasına istinadən verdiyi məlumata görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin isə Qətər təmsilçisinə: "Əgər mənimlə bir daha bu tərzdə danışsan, bundan sonra Qətər adlı bir şey qalmayacaq. Sən Təhlükəsizlik Şurasında qonaqsan, ona görə də hörmətini qoru. Ölçün qədər danış, mənim səninlə müzakirə ediləcək bir məsələm yoxdur. Mən böyük Rusiya adından yalnız böyüklərlə danışıram.


Bütün xəbərlər Facebook səhifəmizdə