Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya, Argentina, Uruqvay və Peruya səfər edəcək. Bu barədə məlumat verən XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev qeyd edib ki, XİN başçısı ilk olaraq iyulun 23-də Kolumbiyaya gedəcək. Daha sonra Elmar Məmmədyarovun Argentina, Uruqvay və Peruya səfəri nəzərdə tutulur. Səfər zamanı ölkələr arasında siyasi və iqtisadi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Səfər çərçivəsində biznes-forumların keçirilməsi də nəzərdə tutulub. Latın Amerikası turnesini başa vurduqdan sonra Elmar Məmmədyarov iyulun 31-də Parisə birgünlük rəsmi səfərə gedəcək. Səfər çərçivəsində onun Fransanın xarici işlər naziri ilə görüşü nəzərdə tutulub.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB