Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib, gündəlikdə duran məsələlər barədə məlumat verib.
Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən danışan Sədaqət Vəliyeva vurğulayıb ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. YAP-ın nailiyyətlərindən danışan millət vəkili son illərdə beynəlxalq aləmdə partiyanın nüfuzunun artdığını, eləcə də öz sıralarını sürətlə genişləndirdiyini vurğulayıb. Digər çıxışlarda da Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin dinamik inkişafından danışılıb. Sonra gündəlikdə duran məsələlərə baxılıb. İclasda partiyaya üzvlüklə bağlı məsələlər və ilk partiya təşkilatlarının qərarları təsdiq olunub.
Sonda cari məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB