İsrafil İsmayılov,
Yeni Azərbaycan Partiyası
Gəncə şəhər təşkilatının sədri,
professor
20 il öncə, çətin ictimai-siyasi şəraitdə, obyektiv zərurətdən yaranan Yeni Azərbaycan Partiyası dünya miqyaslı siyasətçi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışi ilə iqtidar partiyasına çevrildi və məhz Azərbaycanın bu tarixdən başlayan dirçəliş prosesində öncül yer tutdu. Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolun əsas nəticəsi kimi qeyd edilməlidir.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncə şəhərinə 21 yanvar 2012-ci il tarixli səfərinin və şəhərimizdə aparılan genişmiqyaslı quruculuq, abadlıq, tikinti, yenilənmə işlərinə verdiyi yuksək qiymətin yaratdığı yüksək əhvalı-ruhiyyə və xoş təssüratlarla yaşayır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu il yaradılmasının 20 illiyini qed edəcəyimiz YAP-ın stateji xətti Azərbaycanın dövlət müstəqilliyni möhkəmləndirməklə bərabər, onun inkişaf etmiş qüdrətli dövlətə çevirmək, xalqın maddi rifah halını yaxşılaşdırmaq, sosial yönümlü iqtisadiyyatın yaradılması ilə dünya dövlətləri arasında layiqli yerini tutmasından ibarətdir.
Partiyamızın 1992-2003-cü illərdəki fəaliyyəti ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildə isə Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Möhtərəm Prezident İlham Əliyevin şəxsiyyəti ölkənin inkişafının 2003-cü ildə başlanmış növbəti mərhələsinin rəmzinə çevrilmişdir.
Respublikamızın və xalqımızın həyatında çox mühüm əhəmiyyətə malik olan Partiyamız 2008-ci il avqustun 8-də keçirilən IV Qurultayından sonra əsl ümumxalq partiyasına çevrildi. Partiyamızın ölkənin inkişafında, tərəqqisində aparıcı siyasi qüvvə olduğuna xalqımızın əminliyi bir daha artdı. Bunun başlıca səbəbi isə yüksək liderlik keyfiyyətlərinə, dərin zəkaya, iti ağıla, fundamental siyasi təcrübəyə malik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin xalqımızın mütləq əksəriyyətinin səsi ilə (88.64 %) ikinci dəfə ölkə prezidenti seçilməsi idi.
Həmin vaxtdan sonra Partiyamız böyük sürətlə inkişaf etdi, gənclərin partiyaya axını geniş vüsət aldı, xalqımızın bütün təbəqələrini özündə birləşdirdi, möhkəm sosial bazası olan, qüdrətli siyasi qüvvəyə çevrildi. Hazırda Yeni Azərbaycan Partiyasının 560 min nəfərdən çox üzvünün olması qeyd edilənlərin bariz nümunəsidir.
Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursu, Heydər Əliyev irsinin, ideyalarının əzmlə davam etdirilməsinə xidmət edir. Prezidentimizin xarici siyasətində ən önəmli istiqamət müstəqil xarici siyasət xətti olmasıdır. Müstəqil Azərbaycan dövlətinin əldə etdiyi uğurlar hər bir Azərbaycanlı kimi, gəncəlilərin də qəlbində qürur hissi yaradır. 2011-ci ilin oktyabrın 24-də ölkəimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və 2012-ci ilin may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi Prezidentimiz Cənab İlham Əliyevin xarici siyasətinin uğuru, Azərbaycan diplomatiyasının növbəti ən böyük qələbəsidir. BMT kimi beynəlxalq təşkilatın üzvü olan193 ölkədən 155-nin səsi ilə qazanılan bu uğur hər birimizin qəlbində böyük iftixar və qürur hissi yaradan tarixi hadisədir.
Dünyanın 50 dən çox ölkəsinə səfərlərii zamanı, xarici ölkə başçıları ilə, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə keçirilən rəsmi görüşlərdə Azərbaycanın siyasi, iqtisadi, beynəlxalq münasibətlər çərçivəsində, milli maraqlarının qorunmasında və müdafiə edilməsində Prezident İlham Əliyevin tutduğu mövqe, etdiyi çıxışlar, xalqımızın ən ağrılı yeri olan Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə qəti həll ediləcəyinə, bizdə möhkəm əminlik yaradır.
Möhtərəm prezidentimiz, cənab İlham Əliyevin apardığı ardıcıl, sistemli, gələcəyə hesablanmış, insanların sosial-rifahının daha da yüksəldilməsinə xidmət edən siyasi kursu öz bəhrəsini verməkdə davam edir. Nazirlər kabinetinin 2012-ci ilin birinci yarısının sosial iqtisadi inkişafına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında prezidentimiz İlham Əliyevin proqram xarakterli, ciddi təhlilə əsaslanan dəyərli nitqində belə ifadə etmişdir: "Ümumi daxili məhsul 1,5 faiz artmışdır.Bu rəqəm əvvlki dövrlərlə müqayisədə o qədər də böyük rəqəm deyildir. Ancaq ölkəmizin ümumi iqtisadiyyatı artdıqca hər bir faizin daha da böyük qiyməti və dəyəri vardır. İqtisadiyyatın hər bir faizi təxminən 700 milyon dollara bərabərdir və iqtisadiyyatın 1,5 faiz artımı onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir".
Qeyri-neft sektorunun 11,3 faiz artması, ilin sonunadək investisiya qoyuluşunun 18-19 milyard dollara çatması və ya adambaşına düşən investisiya qoyuluşunun 2111,1 dollar olması deməkdir ki, bu da başqa ölkələrlə müqayisədə çox yüksək göstəricidir.
Kənd təsərrüfatınnın 10,4 faiz artması əhalinin keyfiyyətli, rəqabət qabiliyyətli, yerli kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatına imkan verəcəkdir.
İnflyasiyanın cəmi 2,2 faiz olması makroiqtisadi vəziyyətin çox müsbət və sabit olmasının göstərir.
Göründüyü kimi, ölkəmizin iqtisadi cəhətdən getdikcə qüdrətlənməsi, davamlı inkişaf etməsi, xalqımızda nikbin əhvalı-ruhiyyəni daha da artırır, yaşamaq həvəsini yüksəldir. Dövlətimizə, dövlətçiliyimizə inamı, etibarı daha da yüksəldir.
YAP-ın öncül dəstələrindən biri olan Gəncə şəhər Təşkilatı Partiyanın IV Qurultayının tarixi qərarlarını, qurultayda ölkə prezidenti, Partiyamızın sədri İlham Əliyevin tarixi nitqindən irəli gələn vəzifələri yerinə yetirməklə təşkilatı, ideoloji, siyasi, fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır.
Prezidentimizin Gəncəyə diqqət, qayğısı və şəhər rəhbərliyinin məqsədyönlü fəaliyyəti, şəhər ictimaiyyəti ilə YAP üzvlərini öz ətrafında sıx birləşdirməsi nəticəsində, şəhərin ictimai-siyasi həyatında və abadlaşdırılmasında və sosial iqtisadi inkişafında mühüm uğurlar əldə edilmişdir.
Bütün bunların nəticəsidir ki, Gəncə şəhəri Respublikada aparılan abadlıq və quruculuq işlərinin önündə gedir. Şəhər rəhbərliyinin həyata keçiridiyi ardıcıl, sistemli tədbirlər nəticəsində şəhərin onlarla küçə və meydanı abadlaşmış, yeni prospektlər salınmış və bu proses davam etdirilir. Gəncə görkəmini əsaslı surətdə dəyişir. Şəhərin baş meydanının, ümummilli liderimizin adını daşıyan əzəmətli meydanın yenidən qurulması, şəhərin mərkəzi hissəsində olan binaların fasadının ən müasir memarlıq üslubunda yuksək zövqlə yenilənməsi və dam örtüyünün Avropra standartları səviyyəsində mansardla əvəzlənməsi şəhərimizə xüsusi gözəllik verir. Ulu Öndərin adına Park yenidən qurulmuş, 360 ha sahədə yaşıllıqlar denişləndirilmiş, əzəmətli Heydər Əliyev Mərkəzinin təməli qoyulmuşdurr. Bundan başqa, ümummilli liderimizin adına, uzunluğu 5,5 km olan, müasir gecə işıqlandırılması sistemi qurulmuş geniş prospekt başdan başa yenidən qurulmuş, binalar yerli memarlıq üslubunda bərpa edilmişdir ki, bu da, dahi rəhbərimizə şəhər sakinlərinin böyük hörmət və ehtiramının təcəssümüdür.
Xalqımızın iftixarı olan dahi şairimiz Nizami Gəncəvinin 870 illik yubileyi ərəfəsində Məqbərəsinin yenidən bərpası, Nizami parkının, muzeyinin və mərkəzinin, "Xəmsə" kompleksinin, yaradılması, şəhərin Bakı istiqamətindən başlayan, şairin adını daşıyan prospektin və Şəmkir rayonu istiqamətindən girişin başdan-başa köklü şəkildə yenidən qurulması, Görkəmli mütəfəkkir N.Nərimanov adına parkın abadlaşdırılması, Bayraq meydanının yaradılması,
Filarmoniyanın yeni binasının təməlinin qoyulması, Məhsəti Gəncəvi adına mədəniyyət mərkəzinin inşa edilməsi, Cavadxanın adına olan küçənin qədimliklə müasir memarlığın vəhdətində yenidən abadlaşdırılması tariximizə, dəyərlərimizə göstərilən diqqət və qayğı kimi dəyərləndirir və sakinlərimizdə qurur hissi yaradır.
Ölkə iqtisadiyyatının yüksək templə inkişafında, qəbul edilmiş dövlət proqramının həyata keçirilməsində Yeni Azərbaycan Partiyası fəallarına böyük ümüd bəsləyən Prezidentimiz yerli icra orqanları ilə Yeni Azərbaycan Partiyası təşkilatlarının daha sıx əlaqədə işləməsinə xüsusi əhəmiyyət verir. Xüsusi vurğulamaq lazımdır ki, şəhər İcra Hakimiyyəti struktur bölmələrinin YAP Gəncə şəhər təşkilatı ilə birgə, uzlaşdırılmış, ahəngdar işi siyasi ideyaların şəhərimizdə reallaşmasına münbit şərait yaradır. Bu təcrübə şəhərimizdə sözlə işin vəhdətini bir daha nümayiş etdirir. Əhalinin ölkə rəhbərliyinə, onun siyasətinə, iqtidara və Yeni Azərbaycan Partiyasına olan ümüdi və etibarını daha da yüksəldir.
Yeni Azərbaycan Partiyası İcra Katibliyi Aparatının işlədiyi seçicilərlə aparılan işin yeni metodunun tətbiqi, ərazi təşkilatlarının seçki məntəqələri ətrafında formalaşdırılması, yüksək səmərə verdi. Seçki prosesinə yaxından qatılan partiya fəallarımız müşahidəçi, könüllü kimi üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirmişlər. Seçkilərdə 14 mindən çox partiya fəalı bilavasitə bu proseslərdə iştirak etmiş, qarşıya qoyulan məqsədə nail olunmasında öz töhvələrini vermişlər.
YAP Gəncə şəhər təşkilatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi fərman və sərəncamları ürəkdən alqışlayır və təbliğat fəaliyyətini bu fərmanların icrası istiqamətində qurur.
Yeni Azərbaycan Partiyası daimi olaraq partiya üzvlərinin ideya-siyasi hazırlıq səviyyəsinin yüksəldilməsini diqqətdə saxlayır. 2010-cu ilin mart ayında YAP icra katibliyində aparat işçilərinin attestasiyasının keçirilməsi işçilərin məsuliyyətini bir daha artırmış, peşə və siyasi səviyyələrinin yüksəldilməsinə stimul vermişdir. Attestasya komissiyasının təklifi və YAP İdarə Heyətinin qərarına əsasən 14-15 may 2010-cu il tarixdə Gəncə şəhərində YAP rayon və şəhər təşkilat sədrlərinin "Gəncə şəhər təşkilatının iş təcrübəsinin öyrəniləmsi və tətbiq edilməsinə" həsr edilmiş respublika müşavirəsinin keçirilməsi işimizə daha məsuliyyətlə yanaşmağa ruhlandırmışdır.
Təşkilatmızın fəaliyyətini yüksək dəyərləndirdiyinə görə üzvlərimiz adından Möhtərəm Prezidentimiz İlham Əliyevə, Partiyamızın İdarə Heyətinə dərin hörmət və ehtiramımızı çatdırır və Möhtərəm Prezidentimizi əmin edirik ki, Gəncə şəhər təşkilati bundan sonra da rartiya işinin səviyyəsinin yüksəldilməsi, təbliğat işinin gücləndirilməsi, əhalimizin Heydər Əliyev ideyaları ətrafında daha sıx birləşdirilməsi istiqamətində bütün qüvvə və bacarığını səfərbər edəcəkdir.
YAP Gəncə şəhər təşkilatının Şurasının və İdarə Heyətinin iclaslarında Partiyanın rəhbər orqanlarının müvafiq qərarları, Mərkəzi Aparatın göstərişləri əsasında müzakirələr aparılmış, ilk təşkilatların və YAP üzvlərinin hesabatları dinlənilmiş, üzvlərin fəallıfğına təsir edəcək ciddi qərarlar qəbul edilmiş, ilk təşkilatlara tövsiyələr və tədbirlər planı göndərilmişdir.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı ölkə Prezidenti, YAP sədri İlham Əliyevi əmin edir ki, Yeni Azərbaycan Partyası üzvləri respublikamızın, şəhərimizin ictimai-siyasi, quruculuq işlərində və mədəni həyatında fəal iştirak etməklə, dövlət başçısının ətrafında sıx birləşərək, respublikamızın qüdrətlənməsinə, güclənməsinə və daha da inkişaf etməsinə öz töhvələrini verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB