Hərbçimizin meyiti tapılıb

Ermənistan silahlı Qüvvələrinin Tovuz istiqamətində açdığı atəş nəticəsində yaralandığı bildirilən milli ordumuzun hərbi qulluqçusu Orucov Elçin Rauf oğlunun axtarışı nəticə verib. Elçin Orucovun meyiti ötən gün gecə saatalarında neytral bölgədən çıxarılıb.


Şəhid əsgərimizin meyiti hadisə yerindən götürülüb. Elçin Orucovun cənazəsi əvvəlcə onun xidmət etdiyi hərbi hissəyə gətirilib, oradan isə doğulduğu Seydimli kəndinə göndərilib.


Qeyd edək ki, E.Orucov Tərtər Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə