Ermənilər bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənilər bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan silahlı qüvvələri cəbhə xəttində atəşkəs rejimini yenidən pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan ordusunun bölmələri iyulun 17-də və 18-nə keçən gecə Ağdam rayonunun Qaraqaşlı, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli kəndləri yaxınlığındakı və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub

Bütün xəbərlər Facebook səhifəmizdə