Azərbaycan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu ermənilərin cəbhənin Tovuz istiqamətində açdığı atəş nəticəsində yaralanıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Tərtərin Seydimli kəndindən olan 21 yaşlı Elçin Orucov iyulun 15-dən 16-na keçən gecə düşmən gülləsinə tuş gəlib. Ailə üzvlərinin sözlərinə görə, 21 yaşlı Elçin Orucov qardaşına və atasına zəng edərək yaralandığını və neytral ərazidə qaldığını bildirib.
Hadisənin hansı şəraitdə baş verdiyi barədə dəqiq məlumat yoxdur. Yaralı hərbi qulluqçunun axtarışları nəticə verməyib. Hərbi hissədən yaralının yaxınlarına bildirilib ki, hazırda Elçin Orucovun axtarışları davam edir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB