Sabah Bakıda "Ənənəvi KİV-dən on-line mediaya" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Mətbuat Şurasından verilən məlumata görə, tədbir Şuranın, ATƏT-in Bakı Ofisinin, Avropa Şurasının və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin birgə təşəbbüsü ilə təşkil ediləcək.
Konfransda kütləvi informasiya vasitələrinin rəhbərləri, on-line media təmsilçiləri, yerli, həmçinin beynəlxalq ekspertlər, müstəqil jurnalistlər, həmçinin dövlət və hökumət rəsmiləri iştirak edəcəklər.
Üç sessiyadan ibarət olacaq toplantıda əsasən on-line medianın ənənəvi media ilə əvəzlənməsində qarşıya çıxan problemlər, mövcud sahədə tətbiq edilən beynəlxalq standartlar, internet idarəetmənin xüsusiyyətləri müzakirə olunacaq. Habelə, bu istiqamətdəki qanunvericilik bazası ilə bağlı durum, sosial media və sosial şəbəkələrin cəmiyyət həyatındakı rolu və sair məsələlər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB