Qəsəbə sel suları altında qaldı

Qəsəbə sel suları altında qaldı

Ötən ay yağan leysan yağışlarının Goranboy rayonunda törətdiyi fəsadlar aradan qaldırılmamış daha bir sel rayonu öz ağuşuna aldı. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, gecə boyu yağan yağışlar rayonun Goran qəsəbəsinə ziyan vurub. Bu dəfə isə sel sularına səbəb Goran çayının daşması olub. Sel sularının gecə saatlarında artması Bakı-Qazax magistralının kənarında yerləşən ticarət obyektlərinə də ziyan vurub. 20-yə yaxın fərdi ev və insanların əkin sahələri sel sularına qərq olub. Sakinlərə məxsus ev quşlarını da su aparıb.

Məlumat üçün bildirək ki, əraziyə dərhal rayonun bütün texnikaları cəlb olunub.

Qeyd edək ki, sakinlərin əkin sahələrinə də sel suları ziyan vurub. Sahələrdəki məhsul toplansa da selin gətirdiyi lil əkin sahələrinə yayılıb. Rayonun Fövqəladə Hallar Komissiyası qəsəbədə sel sularının törətdiyi fəsadların aradan qaldırılması üçün təxirəsalınmaz işlər görür.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə