İran bütün dünya üçün təhlükədir. SİA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycanda ABŞ-ın müvəqqəti işlər vəkili Adam Sterlinq jurnalistlərə deyib.
\"Bizim hökumətlərimiz İran təhlükəsini kifayət qədər tez-tez müzakirə edir və mənə vurğulamağa icazə verin ki, o bütün dünya üçün təhlükədir\", - Sterlinq deyib. Onun sözlərinə görə, bu, xüsusi olaraq İranla həmsərhəd dövlətlərinə aiddir.
\"Biz İran nüvə proqramını görürük, terrorizmin dəstəyini görürük. Əlbəttə, bu təhlükələr İranla həmsərhəd olan dövlətlərə də aiddir\", - diplomat əlavə edib.
İki Azərbaycan şairinin həbsinin mövzusuna toxunan Sterlinq qeyd edib ki, amerikalılar vəziyyəti diqqətlə müşahidə edirlər, amma ABŞ hadisəyə cəlb olunmayıb. \"Bu, İran və Azərbaycan arasında ikitərəfli məsələdir\", - Adam Sterlinq bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB