Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası əlaqələrini genişləndirir
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasında (ADMAA) İraq Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti ilə görüş olub.
ADMAA-dan SİA-ya verilən məlumata görə, görüşdə İraqın Mülki Aviasiya Administrasiyasının baş direktoru Nasir Hüseyn Bəndər ilə ölkələrimizin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlığı məsələləri, eləcə də Bakı ilə Bağdad arasında müntəzəm uçuşların yerinə yetirilməsi perspektivləri müzakirə edilib.
Görüşün nəticələri üzrə ikitərəfli sənəd imzalanıb. Bu sənəd ölkələrimiz arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsi üçün əsas olacaq.
Səfər çərçivəsində İraq nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki aviasiya subyektlərinin fəaliyyəti və Bakı şəhəri ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB