Azərbaycana rəsmi səfərə gələn Tacikistan prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu qarşılayıb.
Tacikistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Emoməli Rəhmona, Tacikistanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB