Rusiya Dövlət Dumasında diffamasiyaya görə cəzanı ölkənin Cinayət Məcəlləsi müstəvisində dəyərləndirilməsini nəzərdə tutan qanun layihəsi üzrə birinci oxunuş keçirilib. Belə bir təşəbbüslə Dumanın hakim "Vahid Rusiya" Partiyasından olan deputatları çıxış ediblər. Onların fikrincə, ötən müddət ərzində şərəf və ləyaqətin təhqiri səbəbindən azadlıqdan məhrumetmə cəzasının olmaması yaxşı heç nəyə gətirməyib, əksinə özbaşınalıqlar yaranıb. Məsuliyyətin sərtləşdirilməsi insanların adının qorunmasını təmin edəcəkdir.
Rusiyanın NTV telekanalı xəbər verir ki, hazırkı layihə şərəf və ləyaqətin təhqirinin forma və üsullarından asılı olaraq 100 min rubl (təxminən 2400 manat) cəriməni və 5 il müddətinə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də bir müddət öncə çıxışlarında diffamasiyanın cinayət məcəlləsi müstəvisinə qaytarılması ilə bağlı fikirlər səsləndirmişdi. "Biz öz həyatımızdan çıxış etməliyik. İnsan hüquq və azadlıqları ilə hər cür manipulyasiyaya qarşı çıxmalıyıq".
Bununla belə yeni qanun layihəsinə qarşı çıxanlar da var. Məsələn, İnsan Hüquqları Şurasının sədri Mixail Fedetov və insan hüquqları üzrə məsul şəxs Vladimir Lukin sənədi dəstəkləməyiblər. Fedetovun sözlərinə görə, belə bir işin baş tutması ilə Rusiya Avropada yeganə geriyə addım atmış ölkə olacaq. Beynəlxalq imic baxımından bu, məqbul deyil. Onun fikrincə, həbs cəzası olmadan məsuliyyəti artırmaq vacibdir: "Sözə sözlə cavab vermək lazımdır, həbsxana ilə yox".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB