Azərbaycan Prezidenti İlham Əliyev "Holcim-Azərbaycan" ASC-nin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Bakının Qaradağ rayonunda "Holcim-Azərbaycan" ASC-nin yeni sement zavodunun açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, quru üsulla məhsul istehsal edən bu zavod Cənubi Qafqaz regionun sement sənayesində yeni dövrün başlanğıc nöqtəsi olacaqdır. Quru üsulla sement istehsalı yanacaq sərfiyyatı və ətraf mühitə təsir baxımından daha səmərəli olduğu üçün Avropada geniş yayılmış texnologiyadır. Üç yüz milyon avro dəyərində olan bu layihə yerli məhsulların istehsalını dəstəkləməklə ölkənin inşaat sektorunun daha da inkişafına töhfə verəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB