Ermənilər yenidən atəşkəsi pozublar

Ermənilər yenidən atəşkəsi pozublar

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz və Qaraxanbəyli; Ağdam rayonunun Şıxlar və Şirvanlı, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə