Sergey Narışkin: “Bu günə qədər biz bu potensialdan lazımı dərəcədə istifadə etməmişik” - AÇIQLAMA
"Azərbaycana səfərim zamanı parlamentlərarası və hökumətlərarası çoxşaxəli müzakirələr oldu. Parlamentlərarası əlaqələrin inkişafı üçün geniş imkanlar görürük". SİA-nın xəbərinə görə, bu fikirləri Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana səfərinin yekunları ilə bağlı jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, beynəlxalq aləmdə Azərbaycan və Rusiyanın bir çox üst-üstə düşən maraqları var: "Bu günə qədər biz bu potensialdan lazımı dərəcədə istifadə etməmişik. Lakin əldə olunan razılaşmalar müsbət məqamlara köklənir. Biz əvvəl də bir sıra beynəlxalq, parlamentlərarası qurumlarla sıx əməkdaşlıq etmişik. Xüsusilə MDB PA-da, AŞPA-da və sair əvvəlcədən öz mövqelərimizi razılaşdıraraq əməkdaşlıq etmişik".
S.Narişkin deyib ki, həmçinin keçirdiyi görüşlər zamanı siyasi, sosial və humanitar sahələrdə geniş müzakirələr aparıb: "Hesab edirəm ki, humanitar sahədə əməkdaşlıq daha aktivdir və vacibdir. Çünki, bu, gələcək əməkdaşlıq üçün möhkəm təməl yaradır. Bu səbəbdən səfərim zamanı təhsil, elm, digər yaradıcı insanlar ilə görüş keçirdim".
O, qeyd edib ki, görüşlər zamanı son illər gündəmdə olan Avrasiya inteqrasiyasının inkişafı barədə də ciddi müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB