Asim Mollazədə: “ATƏT-in baş katibi cəhbə xəttindəki vəziyyətə ciddi nəzarət etməlidir”-AÇIQLAMA
\"ATƏT-in baş katibinin regiona səfəri 20 ildən artıqdır sürən Dağlıq Qarabağla bağlı münaqişənin həllində irəliləyişə səbəb ola bilər\". Bunu SİA-a açıqlamsında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili həmçinin qeyd edib ki, regiona səfər edən Lambert Zenier ilk olaraq cəhbə xəttində cərəyan gedən proseslər diqqət etməlidir, çünki hər gün ermənilər atəşkəs rejimini pozur və dinc insanlar qətlə yetirilir.
ATƏT-in 20 ildən artıqdır ki, fəaliyyət göstərməsinə baxmayaraq proseslə bağlı müsbət nəticə əldə olunmayıb. Asim Mollazadənin sözlərinə görə, baş katib səfəri zamanı mühüm addımlar atmalıdır ki, prosesdə irəliləyiş əldə olunsun.
Qeyd edək ki, ATƏT-in baş katibi ilə birgə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fransalı həmsədri Jak For Azərbaycana gəlib. Digər həmsədrlər isə Bakıya gəldikdən sonra iyulun 10-da vasitəçilər Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacaqlar. Bakıda danışıqlar başa çatdıqdan sonra həmsədrlər qoşunların təmas xəttindən qarşı tərəfə keçərək Xankəndinə gedəcəklər. Xankəndində separatçı Dağlıq Qarabağ rejiminin başçıları ilə görüşəcək vasitəçilər oradan İrəvana yollanacaqlar.
Xatırladaq ki, ATƏT-in bu cür fəallaşması Avropa İttifaqının regiona səfərindən sonra artıb. Bir sıra ekspertlərin fikirincə, ATƏT-in fəallaşmasının səbəbi proseslərdən həmin beynəlxalq təşkilatın kənarda saxlanılması qorxusudur. Çünki bir müddət əvvəl Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində bir başa iştirak etmələri təklifini vermişdi. Hətta Minsk qrupu həmsədrliyindən Fransanın çıxarılıb, Avropa İttifaqının cəlb olunması fikiri səslənmişdi. Asim Mollazədə qeyd edib ki, ATƏT və Avropa Birliyi bir-biri ilə rəqabətdə olan təşkilatlar deyil: \"Sadəcə Azərbaycanın bir istəyi var ki, bütün beynəlxalq təşkilatlar bu prosesin həllinə öz töhvəsini versin. Lakin Fransanın ermənipərəst ölkə olması həmin dövlətin bu prosesdə obyektiv fəaliyyətini şübhə altında qoyur. Belə ki, Fransanın yeni prezidenti Fransua Olland qondarma \"erməni soyqırımı\"nın yenidən gündəmə gətiriləcəyi ilə bağlı bəyanat verib\".
Asim Mollazadə bildirib ki, seçki olmayan dövrdə Türkiyəyə qarşı hansısa bir addımın atılması və erməni məsələsini yenidən gündəmə gətirilməsi inandrıcı deyil: \"Avropa İttifaqının prosesdə birbaşa iştirakına gəldikdə isə münaqişənin həllində ciddi dəyişikliyin olacağı gözlənilmir. Çünki Avropa İttifaqına üzv əsas ölkələrdən biri Fransadır. Fransa bu təşkilatda kifayət qədər böyük nüfuza malik ölkədir\". Asim Mollazadə həmçinin qeyd edib ki, Fransa yenidən erməni məsələsini gündəmə gətirsə, o zaman ciddi etirazla üzləşəcək.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB