Bu gün Rusiyada matəm günü elan olunub

Bu gün Rusiyada matəm günü elan olunub

Krasnodar vilayətində baş verən daşqın nəticəsində insanların ölməsi və Ukraynada baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Rusiya prezidenti Vladimir Putin 9 iyul tarixini matəm günü elan edib. SİA-nın məlumatına görə, bu barədə xəbəri Kremlin mətbuat xidməti yayıb. Prezidentin fərmanına əsasən, Rusiyanın bütün ərazisində, o cümlədən ölkənin xaricdəki nümayəndəliklərində dövlət bayraqları endiriləcək.

"Mədəniyyət idarələrinə, o cümlədən dövlət telekanallarına əyləncəli verilişlərin yayımlanmasına yol verməmək tövsiyyə olunub",- deyə Kremldən bildirilib.

Xatırladaq ki, Kubanda daşqınlar şənbə axşamı baş verib və nəticədə 171 nəfər həyatını itirib.

Həmin gün Ukraynada da içində rusların olduğu avtobus aşıb. 40 nəfərin olduğu avtobusda 14 nəfər ölüb, 22 nəfər yaralanıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə