Appaturay ABŞ-ın Azərbaycana silah satışını dayandırması məsələsini şərh etmədi

Appaturay ABŞ-ın Azərbaycana silah satışını dayandırması məsələsini şərh etmədi

Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. SİA-nın verdiyi xəbərə görə, bunu NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib: \"Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazda stabilliyin yaradılması və təhlükəsizliyin bərqərar olması deməkdir. Çünki Cənubi Qafqaz çox vacib bir regiondur. Biz bölgədə sülhü dəstəkləyirik. İstəyirik ki, iqtisadi və siyasi potensial olsun. Tərəflər siyasi həlli yönündə işləri gücləndirməlidir".


C.Appaturay NATO-nun Azərbaycanda modernləşmə islahatlarını dəstəklədiyini bildirib: \"Azərbaycan prezidentinin alyansın Çikaqo sammitində aktiv iştirakını xüsusilə qeyd etmək istərdim. Həmçinin Azərbaycan və NATO əməkdaşlığının yaxşı gələcəyi var və NATO İPAP və digər proqramlar çərçivəsində Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdır\".

Ceyms Appaturay ABŞ-ın Azərbaycana silah satışını dayandırması məsələsini şərh etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə