Rusiya ümidini itirmir

Qəbələ radiolokasiya stansiyasının (RLS) icarə müddətinin uzadılması ilə bağlı Rusiya və Azərbaycan arasında gedən danışıqlarda kompromis variantlar hələlik aradan qalxmayıb. Bunu "RİA Novosti"yə Rusiyanın Hərbi-texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Konstantin Biryulin deyib.


K.Biryulin Qəbələ RLS-lə bağlı kompromisin hər zaman əldə edilə biləcəyini vurğulayıb. Əsəs məsələ tərəflərin buna getmək istəyinin olub-olmamasıdır. Direktor eyni zamanda hesab edir ki, hazırda məsələ ilə bağlı proseslərin hansı şəkil alacağını proqnozlaşdırmaq çətindir.


Qeyd edək ki, Azərbaycanın Qəbələ RLS-ə görə icarə haqqını 7 milyon dollardan 300 milyon dollaradək artırmaq niyyətində olduğu deyilir. Rusiyanın Hərbi Hava Qüvvələrinin baş komandanı, general-mayor Viktor Bondarev isə ötən həftə bildirib ki, əgər Azərbaycanla razılığa gəlinməsə, Rusiya Qəbələ RLS-i itirməkdən çox da itirməyəcək.


Onu da deyək ki, Qəbələ RLS keçmiş SSRİ-nin ən mühüm raket əleyhinə müdafiə qurğularından olub. Onun Rusiya tərəfindən icarəyə götürülməsinə dair müqavilə 2002-ci ildə imzalanıb. Müqavilənin müddətin bu il dekabrın 24-də bitir.

Bütün xəbərlər Facebook səhifəmizdə