Misir Mərdanov: “Azərbaycanın orta məktəblərində 3 mindən çox müəllimə ehtiyac var”-AÇIQLAMA

Misir Mərdanov: “Azərbaycanın orta məktəblərində 3 mindən çox müəllimə ehtiyac var”-AÇIQLAMA

İtaliyada, Litvada, ümumiyyətlə, Avropa İttifaqına üzv ölkələrdə təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əmək haqqı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.


Onun sözlərinə görə, bu yaxınlarda Litva və İtaliyaya səfərinin məqsədi həmin ölkələrin təhsil sistemi ilə, orada həyata keçirilən islahatlarla tanış olmaq, əlaqələri genişləndirmək və həmin ölkədə təhsil sahəsindəki nailiyyətləri Azərbaycanın təhsil sistemində tətbiq etmək idi.


\"Hər iki ölkədə, ümumiyyətlə, Avropa İttifaqına üzv ölkələrdə təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əmək haqqı dəfələrlə çoxdur, bu vəsaitlər Azərbaycanla müqayisə oluna bilməz\", - Mərdanov əlavə edib.


O qeyd edib ki, hazırda ölkənin orta məktəblərində 3 mindən çox müəllimə ehtiyac var. Vakant yerlərin 90 faizi rayon məktəblərindədir. Bakı şəhərində isə çox az sayda müəllimə ehtiyac var.


Mərdanovun sözlərinə görə, artıq növbəti tədris ili üçün müəllimlərin işə qəbulu məqsədilə sənəd qəbuluna başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə