Qənirə Paşayeva İordaniya rəsmiləri ilə görüşüb - FOTO

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda səfərdə olan İordaniyanın Qadın Məsələləri üzrə naziri Nadia Haşem Aloul və İordaniya Parlamentinin üzvü Reem Badran ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə millət vəkili qonaqlara Azərbaycanda aparılan iqtisadi islahatlar, ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində qanunvericilik sahəsində görülən işlər barədə məlumat verib.

Millət vəkili Azərbaycan dövlətinin dost İordaniya ilə bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini xüsusi vurğulayıb və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artmasının sevindirici hadisə olaraq qiymətləndirib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanla İordaniya arasında Parlamentlərarası münasibətlərin daha da inkişafının vacibliyinə toxunaraq Azərbaycan Parlamentinin İordaniya ilə əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini deyib. Görüş zamanı beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin vacibliyi də müzakirə olunub.

İordaniya nümayəndə heyəti isə Azərbaycana səfər etməkdən və hər iki ölkə arasında bütün istiqamətlərdə həm dövlət, həm də parlament səviyyəsində əməkdaşlığın səviyyəsindən məmnun olduqlarını ifadə ediblər. Bu gün İordaniyalı qonaqlar millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Milli Məclisi də ziyarət edib. Millət vəkili İordaniyalı həmkarına Milli Məclisin fəaliyyəti barədə məlumat verib və Azərbaycan parlamentinin dost ölkənın qanunvericilik orqanı ilə əməkdaşlığa önəm verdiyini deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...