Konfransı giriş sözü ilə AKU-nun universitet rəsmisi açaraq qonaqlara təhsil sahəsində görülmüş və görülməsi planlaşdırılan işlər haqqında ətraflı məlumat verib. Daha sonra İnsan hüquqları müdafiəçisi xanım Farida Alaghi qadınların cəmiyyətdə və siyasətdə rolu barədə danışıb. Bununla belə tədbirdə Ombudsman Elmira Süleymanova, UNESCO-nun səfiri Volter Füst, millət vəkili Asim Mollazadə də müasir dünyada gənclərin fəallığının əhəmiyyəti barəsində fikir mübadiləsi aparıblar.
UNESCO-nun səfiri Volter Füst: "Mən bu tədbirin əhəmiyyətini yüksək dəyərləndirirəm. Gənclərin bu kimi elmi-praktik konfranslar əsasında problemlərinin müzakirə edilməsi müsbət amil kimi dəyərləndirilməlidir. Bütün bunlara baxmayaraq çox təəsüflər olsun ki, BMT-nin Azərbaycanla bağlı 4 qətnaməsi hələ də qəbul olunmayıb. Amma bunun əsasında hər iki tərəf özləri əlaqələrini yaratmalı və müəyyən etməlidirlər ki, gələcəkdə Azərbaycan-Ermənistan münasibətləri hansı məcrada davam edə bilər. Bütün komitələr də bunu qəbul edib. Bu doğurdanda ədalətli qərar deyil".
Ombudsman Elmira Süleymanova: "Məlum məsələdir ki, Azərbaycan dövləti son vaxtlarda hər sahədə üstünlük əldə edərək beynəlxalq dialoqlar təşkil edir, bir çox ölkələrin nümayəndələri Azərbaycana səfər gəlir və əməkdaşlıq münasibətlərini müzakirə edirlər. Biz Ombudsman institutu olaraq gənclərin ehtiyaclarını ümumiyyətlə dünya çərçivəsində əhalinin problemlərini müakirə edərək müvafiq təkliflər hazırlayırıq. Nəticədə aydın məsələdir ki, Azərbaycan gəncliyinin özünün də inkişaf strategiyası mövcuddur. Bu yaxınlarda onların özlərinin gənclər fondu yaradıldı. Bu birdaha ona əsas verir ki, bu fon vasitəsilə gənclər insan resurslarını özlərinə cəlb edərək qarşıda duran məsələlərə nail oluna bilər. Biz bu tədbirdə 20 faiz torpaqlarımızın hələ də düşmən tapdağı altında olduğunu 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarından didərgin düşdüyünü qonaqların diqqətinə çatdırdıq".
Lixtenştey dövlətinin nümayəndəsi: "Lixtenşteyn Avropanın balaca ölkələrindən biridir. Mən ölkənizdə gedən uğurlara görə sizlərə dərin minnətdarlığımı bildirirəm. Ölkənizin son 12-20 il ərzində əldə etdiyi nailiyyətlər birdaha onu göstərir ki, neftdən gələn gəlirlər sizlərin şəhərinizin abadlaşmasına, gözəlləşməsinə sərf olunur. Bu çox müsbət göstəricidir. Eləcə də sizin insanların qonaqpərvərliyi təqdirəlayih hal kimi dəyərləndirilməlidir".
Daha sonra İsgəndəriyyə kitabxanasının rektoru Cənab İsmail Səragəldinin videoçıxışı iştirakçılara təqdim olunub. Bununla belə tədbirin sonunda təşkilat komitəsi tərəfindən dünya liderlərinin və Azərbaycan gənclərinin məqalələrindən ibarət xüsusi kitabın təqdimatı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB