Dini təyinatlı ədəbiyyata aksiz markası tətbiq etməyənlər cəzalandırılacaq

Dəyişikliyə görə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların, və dini məznmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanmadan yayılması faktları aşkar edilməsinə görə, materiallar müsadirə olunaraq fiziki şəxslər malların hər birinə görə 50 manat miqdarında, vəzifəli şəxslə 100 manat, hüquqi şəxslər 150 manat miqdarında cərimə ediləcəklər.

Vergilər məcəlləsində \"Vergi orqanlarının hüquqları\" maddəsinə edilən əlavəyə görə, 23.1.13 maddəsində əlavə olunub. Bundan əlavə, dəyişikliyə aksiz markası ilə markalanmalı olan malların markalanmadan satışını, habelə dini təyinatlı ədəbiyyatın (kağız və electron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanmadan yayılmasının həyata keçirilməsi aşkar edildikdə həmin malları siyahıya almaq və vergi ödəyicisindən və ya onun razılığı ilə vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyma daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə