Cinayətə görə cəza azaldıldı

Azərbaycan Milli Məclisi yaz sessiyasının sonuncu növbədənkənar iclasında Cinayət Məcəlləsinə olunan əlavə və dəyişikliklərdə \"İşgəncə vermə\" adlı 133-cü maddənin adı dəyişdirilərək Əzab vermə adlandırılıb.SİA-nın məlumatına görə, qanuna dəyişiklik barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, bu dəyişikliklər Azərbaycan Cinayət məcəlləsini BMT-nin işgəncələrə qarşı mübarizə konvensiyasına uyğunlaşdırılmasına yönəlib. Bu cinayətə görə nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası azaldılaraq 3 ildən 2 ilə endirilib. Ağırlaşdırıcı hallarda həmin cinayətə görə nəzərdə tutulan cəzanın da aşağı və yuxarı həddi azaldılıb. Belə ki, ağırlaşdırıcı hallarda bu cinayətə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdusa, hazırda 2 ildən 5 ilədək qəbul olunub. Həmin cinayət işgəncə verməklə törədildikdə də 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 133.3-cü maddə isə yeni layihə ilə ləğv edilib.

133.3-cü maddədə qeyd olunur ki, yuxarıda qeyd olunan əməllər şəxsdən məlumat almaq və ya onu etirafa məcbur etmək, yaxud törətdiyi və ya törədilməsində şübhə doğurduğu əmələ görə həmin şəxsi cəzalandırmaq məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinə işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya görə xüsusi maddə əlavə edilib.

Həmin maddə xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qismdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən şəxs qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qaldığı halda tətbiq olunur.

Bu cinayət əməlinə görə isə 3 min manatdan 4 min manatadək cərimə, 3 ilədək müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...