Prezident İlham Əliyev mərasimdə iştirak edib
Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılışı olub. SİA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Bu il 23-cü dəfə keçirilən Krans Montana Forumunda dörd ölkənin dövlət başçısı, baş nazirlər, nazirlər və digər hökumət nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi ilə bağlı təşviqatın aparılması və ölkəmizin bu dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsidir.
Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə yaradılan beynəlxalq təşkilatdır. Qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan edib.
Tədbiri Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron açıb.
Dövlətimizin başçısı Forumda nitq söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə