Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edildi

Milli Məclis Şəhərsalma və Tikinti Məcəlləsini üçüncü oxunuşda qəbul edib. Lаyihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib və qeyd edib ki, ikinci oxunuşdan sonra deputatlar tərəfindən səslənən təkliflər nəzərə alınıb:

\"Şəhərsalma və Tikinti Məcəlləsində tikintiyə icazə ilə bağlı müddət məsələsi kifayət qədər qısadır. Ümumi və baş planlar ictimaiyyətin etiraz və təklifləri nəzərə alınmaqla, eləcə də müvafiq dövlət orqanları və digər aidiyyəti qurumlarla razılaşdırılmaqla hazırlanmalıdır.

Müvafiq icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlar ümumi və baş planların layihəsinin onlara göndərildiyi gündən 30 gün müddətində həmin sənədlərə dair yazılı rəy bildirməlidirlər. Bu müddət ərzində onlar rəy bildirmədikdə, sifarişçi ərazi planlaşdırılmasının həmin orqan və qurumların maraqlarına toxunmaması mövqeyindən çıxış edə bilər. Ümumi və baş planların layihələri tam hazır olduqdan sonra təsdiq olunmaq üçün 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edilir\".

Layihədə qeyd olunub ki, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin hündürlüyü ən çoxu 5 metr, sahəsi 50 kvadratmetr olan bir mərtəbəli yardımçı hüdudlarında həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyular, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), hündürlüyü ən çoxu 5 metr, sahəsi ən çoxu 100 kvadrat metr olan kənd təsərrüfatı obyektlərinin, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla), hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin, kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin, təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin, fərdi yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən coxu 3 metr və sahəsi ən çoxu 100 kvadrat metr olan yardımçı tikililərin və hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadrat metr olan istixanaların və oranjereyaların tikintisi üçün icazə tələb olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...