Aleksandr Rondeli: "Gürcüstanda elə şəxslər var ki, SSRİ haqda düşünürlər" - AÇIQLAMA
Bu gün Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), "Caucasus International" və "Turkish Policy Quarterly" jurnallarının "Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri" mövzusunda Bakıda təşkil etdikləri beynəlxalq konfrans keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun prezidenti Aleksandr Rondeli çıxış edərək ölkəsində müstəqillik qazandıqdan sonra baş verən hadisələri şərh edib.
"Cənubi Qafqaz ölkələri təcrübə dovşanlarına oxşayır. Müstəqil olduqdan sonra dövlət quruculuğunu necə aparacağımızı düşünürdük. Düşünürdük ki, hər şey yaxşı olacaq. Lakin bizim strateji mədəniyyətimiz yox idi. İlk gündən etnomillətçilik Gürcüstanı məhv etdi. Biz bu problemin öhdəsindən gəlməyə çalışırıq. Hələ də lazımı nəticələr əldə edə bilmirik. Gürcüstanda yeni inqilabi qrup təhlükəsizlik və demokratiyada ortaq nöqtəni tapmağa çalışır. Əksər hallarda müvəffəqiyyət qazanılır. Lakin çətinliklər var. Gürcüstanda elə şəxslər var ki, SSRİ haqda düşünürlər. Mən isə klassik sovet məhsulu olsam da, belə düşünmürəm. Gürcüstan çoxmillətli ölkə idi. Bu məsələdə ortaq formulu tapmalıyıq", deyə Aleksandr Rondeli qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB