Bakıda Azərbaycan-Estoniya biznes-forumu keçiriləcək

Sabah Bakıda Estoniya-Azərbaycan Ticarət Palatalarının təşkilatçılığı ilə iki dövlətin Biznes Forumu keçiriləcək. SİA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, bu forum iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayacaq. Bundan əlavə forum Azərbaycan şirkətlərinin xarici bazarlara çıxarılması, beynəlxalq arenada rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək: "Hər iki tərəf arasında müəyyən sahələr üzrə əməkdaşlıq edilir. Estoniya özünün innovativ yönümlü texnoloji sütunlu məhsullarının satışı sahəsində Azərbaycanla birgə əməkdaşlığını davam etdirəcək. Bundan əlavə nəqliyyat, enerji, kənd təsərrüfatı sahələrinin inkişafı hər iki tərəfi maraqlandıran əsas məsələlərdən biridir. Bu məsələlər barədə sabah keçiriləcək Estoniya-Azərbaycan hökümətlərarası ticarət, iqtisadi əməkdaşlıq üzrə komissiyanın birinci iclasında, həmçinin sabahkı biznes forumuda mühüm müzakirə mövzusu olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə