Makedoniya prezidenti Azərbaycana gəlib

Makedoniya prezidenti Azərbaycana gəlib

Makedoniya Respublikasının Prezidenti Gyorge İvanov Bakıda keçiriləcək Krans Montana Forumunda iştirak etmək üçün bu gün Azərbaycana səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Makedoniya Prezidenti Gyorge İvanovu və xanımı Maya İvanovanı ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Gyorge İvanov və ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov arasında qısa protokol söhbəti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə